Xəzər Xəbər

“Relaks” az vergi ödəyən 1-ci şirkət deyil - Başqa obyektlər də var... VİDEO

Veb TV | 18:12 • 20 Avqust 2019
“Relaks” az vergi ödəyən 1-ci şirkət deyil - Başqa obyektlər də var...

Relax istirahət mərkəzinin dövriyyəsi ilə ödədiyi vergilər arasında ciddi fərq var. Rəsmi açıqlamaya görə "Relax" bu ilin 7 ayında cəmi 972 manat vergi ödəyib. İqtisadçı eskpert Vüqar Bayramov bildirir ki, kifayət qədər sahəsi olan,istənilən mövsümdə sıxlıq yaşanan bir mərkəzin az miqdarda vergi ödəməsi kölgə iqtisadiyyatının mövcudluğundan, dövlət büdcəsindən yayınmalardan xəbər verir

Vüqar Bayramovun sözlərinə görə "Relax" az vergi ödəyən yeganə şirkət deyil. Belə vergidən yanıma hallarının qarşısının alınması üçün dövlətin həyata keçirdiyi tədbirlər nəyinki təqdirəlayiqdir , eyni zamanda zəruridir.

Vüqar Bayramov bildirib ki, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması əslində onlar üçün əlverişli mühitin yaradılmasını hədəfləyib.Amma görünür ki, bir sıra sahibkarlar bundan sui-istifadə edirlər. Həm dövlət büdcəsindən vergi yayındırmaqla, həm də dövlət məmurlarına müqavimət göstərməklə.

Xatırladaq ki, avqustun 16-da nəzarət tədbirlərini həyata keçirmək üçün istirahət mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşiblər.İstirahət mərkəzinin vəzifəli şəxsləri kimi özünü təqdim etmiş6 nəfərvergi əməkdaşları və polis işçilərinə hücum təşkil ediblər əhmin şəxslər saxlanılıb və barələrində məhkəmə qərarı ilə həbs qəti imkan tədbiri seçilib.

Xəbər lenti

Çox oxunanlar