Xəzər Xəbər

Valideyn himayəsindən məhrum olanlar - VİDEO

Veb TV | 20:56 • 13 Avqust 2019
Valideyn himayəsindən məhrum olanlar -

Birinin 5, digələrinin isə 13-14 yaşları var. Hər birinin isə bir arzusu var -ailələrinin yanında olmaq.

Xezerxeber.az-ın məlumatına görə, uşaqların hər biri müxtəlif səbəblərdən Azərbaycan Uşaqlar Birliyinin sığınacağının sakinləridirlər. Bəzilərinin ailəsi gəlib onları aparsa da, amma burada illərdir ana və ata üzü görməyən uşaqlar da var.

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadənin sözlərinə görə, bura gələn uşaqların müəyyən hissəsi küçə uşaqlarıdır. Həmin uşaqları hər hansı problemdən sığortalamaq üçün isə maraqlı bir üsula əl atıblar.

Hətta sığınacaqda elə uşaqlar olub ki, onlar ailə həyatı qururaq burdan çıxıblar.

Birliyin rəhbəri bildirib ki, sığınacaq müəyyən xeyirsevər insanlar hesabına ayaqda qalır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti