Xəzər Xəbər

Goranboy və Sabirabadda ağır qəzalar - 2 ölü, 2 yaralı var - VİDEO

Veb TV | 18:36 • 13 Avqust 2019
Goranboy və Sabirabadda ağır qəzalar -

Goranboyda idaretmədən çıxan avtomobilin qəzaya uğraması ölümlə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, ağır qəza Goranboy-Borsunlu yolunun Rəhimli kəndindən keçən hissəsində qeydə alınıb.

59 yaşlı Güloğlan Tağıyev yolda hərəkətdə olan zaman avtomobildə yaranan nasazlıq nəticəsinədə sükana nəzarəti itirib. Nəticədə minik maşını yol kənarına aşıb. Qəza zamanı avtomobildə olan sərnişin, 79 yaşlı Hümmət Tağıyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Sürücü isə müxtəlif dərəcəli xəsarətlərlə Goranboy Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Sabirabadda isə azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Qaratoğay kəndində içərisində Əşrəf Məmmədov və 2 yaşlı nəvəsi Əşrəf Ramin oğlu Məmmədovun olduğu avtomobil aşıb.Qəza nəticəsində azyaşlı aldığı xəsarətdən hadisə yerində ölüb.

Sürücü isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti