Xəzər Xəbər

İşədüzəltmə şirkətlərinə nəzarət gücləndirilir - VİDEO

Veb TV | 19:45 • 13 Avqust 2019
İşədüzəltmə şirkətlərinə nəzarət gücləndirilir -

Azərbaycanda işədüzəltmə şirkətlərinə nəzarət gücləndirilir. Bu fəaliyyətlə məşğul olan şirkətlərlə bağlı yeni qaydalar təsdiqlənib. Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalarda müxtəlif yeniliklər nəzərdə tutulub.

Xezerxeber.az-ın məlumatına görə, ilk yenilik kimlərin bu fəaliyyətlə məşğul olacağı ilə bağlıdır.

Vəkil Kamandar Hüseynovun sözlərinə görə, hüquqi şəxslərin elektron reyestri yaradılacaq. Reyestr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olacaq. Reyestr Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə digər informasiya ehtiyatları və sistemləri ilə inteqrasiya ediləcək.

Ekspert bildirir ki, yeni qaydaların tətbiqindən sonra bu sahədə mövcud olan pərakəndəlik hallarına son qoyula bilər.

Yeni qaydalardan sonra hüquqi şirkətlər işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə əlaqədar toplanılmış informasiyanı Nazirliklə bölüşməlidirlər. Azərbaycan vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər Miqrasiya Məcəlləsinin tələblərinə əməl etməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti