Xəzər Xəbər

Bakıda kişi hamilə həyat yoldaşını bıçaqlayıb - VİDEO

Veb TV | 19:15 • 12 Avqust 2019
Bakıda kişi hamilə həyat yoldaşını bıçaqlayıb -

Bakıda kişi hamilə həyat yoldaşını bıçaqlayaraq ona xəsarət yetirib.

Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət ötən gecə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. 6 aylıq hamilə olan qəsəbə sakini, 31 yaşlı Günay Məmmədova ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı təcili yardım maşını ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilərək, həkim nəzarətinə götürülüb. Üzərində 19 ədəd kəsilmiş-deşilmiş yara aşkar edilən qadın cərrahi əməliyyat olunub. O, vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimin sözlərinə görə, qadın xəstəxanaya daxil olarkən 6 aylıq hamilə oduğu məlum olub və ginekoloqların nəzarəti ilə o, əməliyyat edilib.

Məlumata görə, Günay Məmmədovanın həyat yoldaşı həm də onun doğma əmisi oğludur. Cütlüyün 4 övladı var. Polisdən verilən məlumata görə, hadisəni törədən şəxs saxlanılıb. Onun ruhi-əsəb xəstəsi olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti