Xəzər Xəbər

Bakıda küçə ticarəti ilə bağlı yaranmış antisanitariya aradan qaldırılır - VİDEO

Veb TV | 18:24 • 12 Avqust 2019
Bakıda küçə ticarəti ilə bağlı yaranmış antisanitariya aradan qaldırılır -

Bakıda küçə və prospektlərdə, metro çıxışlarının ətrafında, səkilərdə qanunsuz küçə ticarəti, antisanitariyaya səbəb olan hallara qarşı profilaktik tədbirlər davam etdirilir. Polis tərəfindən metrostansiyaların giriş-çıxışlarında, piyada keçidlərində, avtobus dayanacaqlarında küçə boyu antisanitariya və küçə ticarəti ilə bağlı yaranmış vəziyyət aradan qaldırılır.

Xezerxeber.az-ın məlumatına görə, Qurban bayramı günlərində gücləndirilmiş iş rejiminə keçən polis paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yük avtomobillərinin sürücülərinə ərazidən kənarlaşmağı tələb edib. Çox çəkməyib ki, təxminən 20-ə yaxın yük avtomobili Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ərazidən kənarşdırılıb. Sürücülərə isə bir daha xəbərdarlıq edilib ki, həmin ərazidə avtomobil saxlamasınlar.

Həmin küçədə piyada səkisini zəbt edən iaşə obyektlərinin sahiblərinə və küçə ticarəti ilə məşğul olan şəxslərə də xəbərdarlıq edilib. Bir çox restoran sahibləri sifarişi aparmaq üçün istifadə etdikləri motosklieti səkidə saxlamaqla piyadaların rahat hərəkətinə maneə yaradırlar. Bu halların da qarşısı alınıb.

Bundan əlavə metro çıxışını zəbt edən meyvə və lotereya satan satıcılar da ərazidən kənarlaşdırılıb. Onlara protokol tərtib edilərək bir daha həmin əraziyə gəlməmək tapşırılıb.

Həmçinin küçələrə qanunsuz reklam qoyan mağaza sahiblərinə də xəbərdarlıq edilib. Müəyyən edilməmiş ərazidən keçən piyadalar isə saxlanılaraq barələrində inzibati qaydada protokol tərtib edilib.

Metrostansiyaların giriş-çıxışlarında, piyada keçidlərində küçə boyu antisanitariya və küçə ticarəti ilə bağlı yaranmış vəziyyət gün boyu nəzarətdə saxlanılıb. Polis bu tip tədbirləri davam etdirəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti