Xəzər Xəbər

Yeni yaradılan kəsim məntəqələri vətəndaşların xidmətinə verilib - VİDEO

Veb TV | 20:00 • 12 Avqust 2019
Yeni yaradılan kəsim məntəqələri vətəndaşların xidmətinə verilib -

Qurban bayramı ilə əlaqədar səhər saatlarından Azərbaycanda 44 stasionar, 30 çadır tipli kəsim məntəqələri vətəndaşların xidmətinə açılıb.

Xezerxeber.az-ın məlumatına görə, kəsim məntəqələrində vətəndaşlar daimi baytar nəzarəti olduğu üçün kəsilən heyvanlarla bağlı hansısa tərəddüdlərinin olmadığını bildiriblər.

Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Qalib Əbdüləliyev bildirib ki, bütün məntəqələrdə qurumun əməkdaşları tərəfindən bayram sona çatanadək nəzarət tədbirləri davam etdiriləcək.

Kəsim məntəqələrində bir heyvanın kəsilmə xərci 10 manatdır.

Qeyd edək ki, heyvanların kəsimi ilə bağlı məbləğ tələb-təklif əsasında formalaşıb və dövlət qurumları bu məsələyə müdaxilə etməyib.

Agentliyin laboratoriyaları bayram müddətində fasiləsiz olaraq vətəndaşlara xidmət göstərir. Kəsdirdiyi ətin yararlılığına şübhə edən vətəndaşlar laboratoriya mütəxəssislərinə müraciət edərək onu pulsuz olaraq yoxlatdıra bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti