Xəzər Xəbər

Kolumbiyada aviaşou zamanı faciə: iki hərbçi həlak oldu - VİDEO

Veb TV | 11:14 • 12 Avqust 2019
Kolumbiyada aviaşou zamanı faciə: iki hərbçi həlak oldu -

Kolumbiyanın Medelyin şəhərində keçirilən aviaşou zamanı iki hərbçi həlak olub.


TASS xəbər verir ki, faciə hərbi paraddabaş verib.


Hava nümayişi zamanı iki hərbçi Kolumbiya bayrağını əllərində tutaraq vertolyotdan trosla sallanıb. Hansısa məqamda tros qırılıb və hər iki hərbçi böyük yüksəklikdən yerə düşüb.


Hazırda paradın keçirildiyi zona bağlanıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti