Xəzər Xəbər

Kadırov oyun zamanı mikrafonla hakimi təhqir etdi - VİDEO

Veb TV | 09:48 • 12 Avqust 2019
Kadırov oyun zamanı mikrafonla hakimi təhqir etdi -

Rusiya Premyer Liqasının V turunda keçirilən "Axmat" - "Spartak" matçının ikinci hissəsində maraqlı anlar yaşanıb.

"Qafqazinfo" xəbər verir ki, "Axmat Arena"da keçirilən qarşılaşmanın baş hakimi Çeçenistan Prezidenti Ramzan Kadırov tərəfindən təhqir olunub.

Belə ki, matçın 82-ci dəqiqəsində mikrafonu əlinə alan Kadırov, Aleksey Suxoyun ünvanına "Hakim, prezervativdir" deyib.

Eyni zamanda "Axmat"ın rəhbəri olan Kadırov bunun səbəbini hakimin oyun ərzində etdiyi səhvlərlə əlaqələndirib.

Qeyd edək ki, qarşılaşma "Axmat"ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Onu da qeyd edək ki, bu, Kadırovun ilk belə əməli deyil. O, 2013-cü ildə də eyni üsulla hakimi təhqir etmişdi.

Xəbər lenti