Xəzər Xəbər

Heç bir şəhid ailəsi və ya müharibə əlili diqqətdən kənarda qalmır - VİDEO

Veb TV | 20:35 • 11 Avqust 2019
Heç bir şəhid ailəsi və ya müharibə əlili diqqətdən kənarda qalmır -

Heç bir şəhid ailəsi və ya müharibə qazisi diqqətdən kənarda qalmır. Qarabağ döyüşlərində əsir düşən və sonradan qaytarılan mingəçevirli qazi İlham Həmidov da dövlətin qayğısını hər zaman üzərində hiss etdiyini deyir. Səhhətinə görə çox vaxt xəstəxanada qalan Qarabağ döyüşçüsünə bütün xidmətlər təmənnasız edilir.

Xezerxeber.az-ın məlumatına görə, İlham Həmidov o vaxt xaricdə çalışsa da Vətən sevgisi, Vətən eşqi onu könüllü olaraq silaha sarılaraq Qarabağa yola düşməyə məcbur edib.

Mingəçevirdə yaşayan İlham Həmidov 1992 -ci ildə gedən ağır döyüşlərdə yaralanaraq əsir düşüb. Mənfur düşmənin əzab-əziyyətlərinə dözsə də, sağlamlığını itirib. 1996-cü ildə ulu öndər Heydər Əliyevin səyi nəticəsində əsirlikdən azad edilib.

Qarabağ qazisi əsrilikdə olan zaman verilən işgəncələrdən danışmaq istəməsə də, həmin illərdə ona vurulan zərərin acısını hələ də çəkdiyini deyir. Dövlətin qayğısını hər zaman üzərində hiss edən İlham Həmidov ömrünün çox hissəsini xəstəxanalarda keçirib. Hətta sümüklərinin qırılmasının qarşısnı almaq üçün Qarabağ qazisini xaricə yola salmaq planlaşdırılıb. Amma dövlətin sifarişi ilə ona lazım olan və həmin ağrıların qarşsını alan dərman prepartaları gətirildiyindən mülacəsi ölkədə davam etdirlib.

İlham Həmidov rahat hərəkət etməsi üçün həm protez, həm də ona uyğun ayaqqabı ilə təmin edilib. Göstərilən dövlət qayğısı onu daha da ruhlandırır. Hazırda ev növbəsində olan qazi, ötən il minik avtomobil ilə də təmin edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti