Xəzər Xəbər

Qurbanlıq heyvanların onlayn sifarişinə maraq artıb - VİDEO

Veb TV | 18:42 • 11 Avqust 2019
Qurbanlıq heyvanların onlayn sifarişinə maraq artıb -

Qurban bayrami ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilən yarmarkalara çıxarılan qurbanlıq heyvanların onlayn sifariş verilməsinə tələbat artıb. Bunu nəzərə alan Nazirlik onlayn satış müddətini iki gün artırıb.

Xezerxeber.az-ın məlumatına görə, iki gün ərzində 300-dən çox vətəndaş Qurban bayramı ilə bağlı təşkil edilmiş yarmarkalarda qurbanlıq heyvanları onlayn sifariş edb.

Kənd Təsərüfatı Nazirliyi yanında "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təşkil edilən ''Kənddən şəhərə'' yarmarkasına çıxarılan qurbanlıq heyvanları onlayn almaq istəyən vətəndaşların sayı artır. Təlabatın çox olduğunu nəzərə alan Kənd Təsərrüfatı Nazirliyi onlayn satış müddətini iki gün artırıb.

Vətəndaşlar 23-25 kiloqramlıq diri heyvanı 160, 25-30 kiloqramlığı 170, çəkisi 30 kiloqramdan çox olan heyvanı isə 180 manata onlayn sifariş verə bilərlər. Ümumilikdə, ''Kənddən şəhərə'' satış yarmarkalarına 22 minə yaxın qurbanlıq qoyun çıxarılıb.

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyib ki, yarmarkalarda 22 minə yaxın qurbanlıq qoyunun satışa çıxarılmasında məqsəd süni qiymət artımının qarşısını almaqdır.

Bayram günlərində təşkil edilən qurbanlıq qoyunların satış yarmarkası ölkə ərazisində 30 fərqli nöqtəni əhatə edir. Satış yarmarkalarından 19-u paytaxt Bakıda təşkil edilib.Burada əsas məqam rayonlarda olan fermerlərin öz heyvanlarını heç bir problem yaşamadan Bakıda təşkil olunan yarmarkalara gətirib satması ilə bağlıdır.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə əlaqədar ölkə üzrə 44 stasionar, 30 çadır tipli kəsim məntəqələri müəyyən edib. Bunda əsas məqsəd qurbanlıq heyvanların kəsiminin gigiyena qaydalarına uyğun keçirilməsini təmin etməkdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti