Xəzər Xəbər

Lənkərandakı dəhşətli qəzanın görüntüləri yayıldı VİDEO

Veb TV | 18:48 • 27 İyul 2019
Lənkərandakı dəhşətli qəzanın görüntüləri yayıldı

Lənkəranda minik avtomobili mikroavtobusla toqquşub. Qəza nəticəsində sürücülərdən biri ölüb, onun qardaşı ağır xəsarət alıb. Rayon ərazisində baş verən digər qəzada isə piyada dünyasını dəyişib.

Minik avtomobilinin mikroavtobusla toqquşması bir nəfərin ölümü ilə nəticələnib.

Ağır qəza Lənkəranın 1-ci mikrorayon ərazisində baş verib. Yükdaşıma ilə məşğul olan mikroavtobus minik avtomobili ilə toqquşub və sonra yolun kənarındakı dirəyə çırpılıb.

Minik avtomobilinin sürücüsü, Şilavar kənd sakini, 66 yaşlı Ehtiram Axundov və onun qardaşı, 62 yaşlı İntizam Axundov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səylərinə baxamayaraq, sürücü Ehtiram Axundov dünyasını dəyişib.

Rayonun Digah qəsəbəsində isə minik avtomobili piyadanı vurub. Hadisə ötən gecə Ələt-Astara magistralında baş verib. Digah kənd sakini, 22 yaşlı Qismət Talıbov idarə etdiyi minik avtomobili ilə yolla hərəkət edən 30-35yaşlı piyadanı vurub.

Piyada hadisə yerində dünyasını dəyişib. Onun meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Onun 30-35 yaşlarında orta boylu kişi olduğu bildirilir. Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti