Xəzər Xəbər

Dünya bu rekorddan danışır: 89 yaşlı amerikalı qadın... VİDEO

Veb TV | 09:43 • 27 İyul 2019
Dünya bu rekorddan danışır: 89 yaşlı amerikalı qadın...

ABŞ vətəndaşı 89 yaşlı Enn Lorimor Kilimancaro (Tanzaniyada yerləşən və Afrikanın ən yüksək zirvəsi olan Kilimancaronun hündürlüyü 5 890 metrdir -red.) vulkanına qalxaraq dünya rekordunu müəyyən edib.

Bu haqda "ABC 15” telekanalı bildirib.

Amerikalı artıq bir neçə il əvvəl Kilimancaroya qalxan ən yaşlı şəxs olub, ancaq bundan bir neçə ay sonra bu titulu başqa bir qadın alıb. Bundan sonra daha bir kişi rekordu yeniləyib və Lorimor zirvəni yenidən fəth etməyə qərar verib.

Onun sözlərinə görə, zirvəyə qalxmaq və oradan qayıtmaq 9 gün çəkib.

Xəbər lenti