Xəzər Xəbər

Küçədən tapılan uşaq işgəncəyə məruz qalıb - VİDEO

Veb TV | 20:57 • 26 İyul 2019
Küçədən tapılan uşaq işgəncəyə məruz qalıb -

Küçədən tapılaraq sığınacağa təhvil verilən uşağın işgəncəyə məruz qaldığı müəyyən edilib.

Xezerxeber.az-ın məlumatına görə, söhbət bu ayın 20-də Abşeron rayonu ərazisində tapılan 9 yaşlı Tunar Əhmədlidən gedir.

Bu faktı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə aşkarlayıb.

Kəmalə Ağazadə sosial şəbəkələrdə uşağın şəklini paylaşdıqdan sonra boşanmış valideynləri sığınacağa gəlib və uşağı aparmaq istəyiblər.

Sığınacaq rəhbəri bildirib ki, valideynlər arasında olan anlaşılmazlığın əziyyətini uşaqlar çəkir.

Onun sözlərinə görə, mübahisələrə baxmayaraq, balaca Tunar polis tərəfindən anasına təhvil verilib və bu addımın məhkəmənin qərarına əsasən atıldığı bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti