Xəzər Xəbər

Bakıda 7 ərazidə pulsuz çimərliklər yaradılır - VİDEO

Veb TV | 19:47 • 26 İyul 2019
Bakıda 7 ərazidə pulsuz çimərliklər yaradılır -

Bakıda yeni ictimai çimərliklər fəaliyyət göstərəcək.

Xezerxeber.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin böyük məsləhətçisi Bayram Həsənov deyib ki, çimərlik mövsümündə vətəndaşlardan daxil olan müraciətlər və onların istəkləri nəzərə alınaraq, aidiyyatı dövlət qurumlarına tapşırıq verilib. Artıq paytaxtın bir sıra dənizkənarı ərazilərində ictimai çimərliklərin yaradılması işlərinə başlanılıb.

Ümumillikdə, 7 ərazidə ictimai çimərlik təşkil olunacaq.

Çimərliklərə giriş pulsuz olacaq və müvafiq qurumlar bura nəzarət edəcək. Yeni çimərliklərin bu mövsüm ərzində istifadəyə verilməsi üçün ciddi iş aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti