Xəzər Xəbər

Bakıda dost məslisində qan töküldü - yaralılar var - VİDEO

Veb TV | 20:01 • 26 İyul 2019
Bakıda dost məslisində qan töküldü -

Bakıda dostlarının ad günündə yeyib-içən şəxslər sonda əlbəyaxa dava ediblər. İş o yerə çatıb ki, hadisə zamanı 4 nəfər bıçaqlanıb.

Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət gecə Xətai rayonu, Sarayeva küçəsi 18 ünvanında olub.

Dörd 4 nəfər arasında içki məclisində mübahisə yaranıb. Babək Fərhadov, Tural Həsənov, Vüqar Nurməmmədov və Vüqar Məmmədov bıçaq xəsarəti alıb.

Məlum olub ki, əvvəlcə Tural Həsənov yeyib-içdikdən sonra bıçaqla Babək Fərhadov, Vüqar Nurməmmədov və Vüqar Məmmədovu bıçaqlayıb. Daha sonra yaralılardan biri Turalın əlindəki bıçağı alaraq ona xəsarət yetirib.

Yaralıların hamısı səsə gələn qonşular tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib.

Məlumata görə, dava edən şəxslər eyni məhlədə yaşayan dostlar olub. Onlar elektrik işləyən Vüqar Məmmədovun ad gününü qeyd etmək üçün yığışıblar. Tərəflər yeyib-içib sərxoş olandan sonra hələlik bilinməyən səbəbdən mübahisə ediblər və ağır cinayət baş verib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti