Xəzər Xəbər

Ağcabədidə kafedən oğurluq edən şəxs saxlanılıb - VİDEO

Veb TV | 20:22 • 26 İyul 2019
Ağcabədidə kafedən oğurluq edən şəxs saxlanılıb -

Ağcabədi rayonunda kafedən oğurluq edən şəxs saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Ağcabədi sakini Rza Şirinov rayon polis şöbəsinə müraciət edərək bildirib ki, gecə saatlarında Üzeyir Hacıbəyli prospektində kirayə işlətdiyi kafedən oğurluq edilib.

Naməlum şəxs və ya şəxslər oradan ümumi dəyəri 450 manat olan televizor və samovar götürüblər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin rayon sakini, 34 yaşlı Ağa Mamedov olduğu müəyyən edilib.

Ağa Mamedov hadisəni törədərkən sərxoş olduğunu, oğurladığı əşyaları da sataraq pul əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti