Xəzər Xəbər

Yevlaxda ağır qəza - 1 ölü, 2 yaralı var - VİDEO

Veb TV | 13:01 • 26 İyul 2019
Yevlaxda ağır qəza -

Yevlaxda minik avtomobillərinin toqquşması ölümlə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, ağır qəza Yevlax-Bərdə avtomobil yolunda baş verib.

Hadisə zamanı avtomobillərdən biri hissələrə bölünüb. Digəri isə yol nişanına çırpılaraq onu dibindən qoparıb. Hələlik şəxsiyyəti bilinməyən 1 nəfər hadisə yerində dünyasını dəyişib.

Xəsarət alan Telman Vəliyev və Əşrəf Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılara tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti