Xəzər Xəbər

Aldığı evə görə 40 min manat ziyana düşdü - VİDEO

Veb TV | 19:26 • 25 İyul 2019
Aldığı evə görə 40 min manat ziyana düşdü -

Norveç Krallığının vətəndaşı aldığı evə görə 40 min manata yaxın ziyana düşüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə əslən Goranboydan olan Norveç Krallığının vətəndaşı Zaməddin Qurbanovun başına gəlib.

Zərərçəkmişin sözlərinə görə, 25 illik dostu Mətləb Nağıyev ona bir neçə il əvvəl ev satıb. Zaməddin Qurbanovun oğlu ilə Mətləb Nağıyevin bacısı ailə quran zaman o bu evi onlara hədiyyə edib. Lakin sonradan onların ailəsi dağılan zaman ev üzərində mübahisə düşüb.

Zaməddin Qurbanov aralarında yaranan mübahisədən sonra bilib ki, bu evin sənədinin heç bir hüququ əsası yoxdur.

Mətləb Nağıyev isə haqqında səslənən ittihamlara cavab verərkən bildirib ki, o, evi satarkən sənədsiz olduğunu deyib. Lakin qarşı tərəf buna etiraz etməyib. Sonradan ailələr arasında mübahisə yarandığından Zaməddin Qurbanov ondan evin çıxarışını və ya verdiyi pulu tələb edib.

Qeyd edək ki, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına və aidiyyəti dövlət qurumlarına müraciət olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti