Xəzər Xəbər

Məcburi köçkünlər məskunlaşan tikilidə yanğın - xəsarət alan var - VİDEO

Veb TV | 18:20 • 25 İyul 2019
Məcburi köçkünlər məskunlaşan tikilidə yanğın -

Bərdə rayonunun Qırmızı Samux qəsəbəsində ümumi sahəsi 270 m² olan tikilinin (məcburi köçkünlər məskunlaşıb) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və ümumi sahəsi 70 m² olan evin mətbəxinın tavanı və içərisindəki əşyalar 12 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb.

Tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbər lenti