Xəzər Xəbər

İlham Əliyev dövlətçiliyin keşiyində, antimilli qruplar hakimiyyət eşqində... - VİDEO

Veb TV | 20:28 • 25 İyul 2019
İlham Əliyev dövlətçiliyin keşiyində, antimilli qruplar hakimiyyət eşqində... -

Ötən əsrin 90-cı illərində Azərbaycanda xalq cəbhəsi və müsavat cütlüyünün səriştəsizliyi ölkədə xaos, anarxiya yaratmışdı. Cəmi bir il müddətində bolşevik təfəkkürlü cəbhə hakimiyyəti Azərbaycan dövlətini ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Lakin sonradan xalq özünün xilaskarına üz tutdu. Son 25 ildə Azərbaycanda bir tərəfdən hakimiyyətin yürütdüyü düzgün siyasət, onu idarə edən rəhbərlərin güclü iradəsi, prinsipiallığı və qətiyyəti, digər tərəfdən də komandanın peşəkarlığı irəli sürülən ən mürəkkəb planların reallığa çevrilməsini təmin etdi.

Bu sözlərlə çıxış edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanın qazandığı uğurları Əli Kərimli və onun çevrəsindəkilərin qəbul etmək istəmədiklərini bildirib.

Əli Həsənov xatırladıb ki, Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyasının səriştəsizliyi ucbatından Azərbaycan xalqı 90-cı illərdə böyük bəlalar, problemlərlə üzləşmişdi. Ancaq xalq bu problemlərdən çıxış yolu kimi Heydər Əliyevi Bakıya dəvət etməkdə gördü. Məhz onun hakimiyyətə qayıdışından sonra ölkədə anarxiyaya son qoyuldu və Azərbaycan inkişaf yoluna qədəm qoydu. Sonrakı dövrdə Prezident İlham Əliyevin həyata keçirdiyi meqa layihələr sayəsində Azərbaycan həm dünyada, həm də bölgədə söz sahibi olan ölkələrdən birinə çevrildi.

Əli Həsənov bu qədər inkişaf və uğurun radikal müxalifət tərəfindən qəbul edilmədiyini və onların mövqelərində heç bir dəyişikliyin olmadığını təəssüflə vurğulayıb.

Bu yanaşma özünü "Keçikçidağ" insidenti zamanı da göstərdi.

Prezidentin köməkçisi bildirib ki, radikal müxalifətin iddia etdiyinin əksinə olaraq "Keşikçidağ" hadisəsinə ən yüksək səviyyədə çevik reaksiya verilib və bütün məsələlər qısa zamanda öz əksini tapıb.

Əli Həsənov radikal müxalifətin ölkənin nüfuzuna xələl gətirdiyini və bu qüvvələrin hələ də hakimiyyətlə dövlət anlayışlarını bir-birindən fərqləndirə bilmədiyini bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti