Xəzər Xəbər

Müəllim olmaq istəyən 18 mindən çox namizəd növbəti mərhələyə keçib - VİDEO

Veb TV | 18:51 • 25 İyul 2019
Müəllim olmaq istəyən 18 mindən çox namizəd növbəti mərhələyə keçib -

Müəllimlərin işə qəbulu imtahanlarında iştrak etmiş 41 288 namizəddən 33 nəfəri imtahandan xaric edilib. Onlar müxtəlif avadanlıqlar, eyni zamanda digər iştirakçılardan köçürməyə cəhd edib və ya başqasının əvəzinə imtahan verməyə çalışanlardır. Ümumilikdə, imtahan verənlərin 46 faizi, yəni 18 881-i minumum balı keçə bilib.

Xezerxeber.az-ın məlumatına görə, bu məlumatları Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva imtahanların nəticələrinə dair keçirilən mətbuat konfransında bildirib.

Bu il müsaibəqəyə çıxarılan vakant yerlərin sayının 7000 olacağı gözlənilir. Builki imtahanlarda 60 ballıq maksimum nəticəni isə 3 namizəd toplaya bilib.

Məhəbbət Vəliyevə namizədləri seçim edərkən diqqətli olmağa çağırıb.

Bu arada, müəllimlərin işə qəbulu imtahanlarında istifadə olunan sualların yoxlanılması zamanı ekspertlər ümumilikdə 29 sualda texniki qüsur müəyyən edib.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə bildirib ki, imtahan zamanı hər hansı namizəd tərəfindən bu suallara verilmiş cavab səhv və ya cavablandırılmamış kimi qeydə alınmışdırsa, həmin cavablar namizədin xeyrinə düz cavab kimi qeydə alınacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti