Xəzər Xəbər

Velosipedlə dağlıq ərazilərə səyahət edirlər - VİDEO

Veb TV | 21:21 • 25 İyul 2019
Velosipedlə dağlıq ərazilərə səyahət edirlər -

Tovuz və Ağsu rayonlarından olan iki dost velosipedlə dağlıq ərazilərə səyahətə çıxıblar. Onlar 3 min metr hündürlüyə malik Kəpəz dağına qalxıblar.

Xezerxeber.az-ın məlumatına görə, Tovuz və Ağsu sakinləri olan Ceyhun Hüseynli və Valeh Mahmudov ölkənin görməli yerlərinə velosipedlə gediblər. Səyahətlərini isə digər velosipedçilərdən fərqli olaraq dağlıq ərazilərə təşkil ediblər.

Onların ilk hədəfi 3 min metr hündürlüyə malik Kəpəz dağına qalxmaq olub. İstəklərinə də 2 gün ərzində Goranboyun dağ kəndlərindən keçməklə nail olublar. Dağlıq ərazidə velosiped sürməyin o qədər də asan olmadığını deyən dostlar, yol olmayan hissələrdə minik vasitəsini hündürlüyə əllə qaldırmalı olublar.

Velosipedçi dostlar Goranboy və Daşkəsəndən sonra ölkənin şimal bölgəsinə üz tutacaqlar.

Qeyd edək bu velosipedlər yoxuş üçün nəzərdə tutulub və bir sıra xüsusiyyətlərinə görə digərlərindən fərqlənir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti