Xəzər Xəbər

İsmayıllıdakı parklar bərbad vəziyyətə salınıb - VİDEO

Veb TV | 19:50 • 24 İyul 2019
İsmayıllıdakı parklar bərbad vəziyyətə salınıb -

İsmayıllı rayonunda yerləşən parklar bərbad vəziyyətə salınıb.

Xezerxeber.az-ın məlumatına görə, oturacaqlar sınıdırılıb, lampalar qırılaraq yararsız hala salınıb və ərazi zibilliyə çevrilib.

Rayon ərazisində 3 park var və onların hamısı bu vəziyyətə salınıb. Aidiyyəti qurumlardan verilən məlumata görə, parklar son 5-6 ildə 2-3 dəfə abadlaşdırılıb. Lakin yenə də bərbad vəziyyətə salınıb. Oturacaqlar və gecə işıqlandırma sistemlərinin sındırılması ilə yanaşı, tullantılar da parkın yaşıllıq ərazisinə atılır. İşıqlar əsasən gecə saatlarında sındırılır.

Parkın bu vəziyyətə salınmasına isə sakinlərin münasibəti birmənalıdır.

Parklar yaxın vaxtlarda yenidən abadlaşdırılacaq. Rayon polis şöbəsindən də bildirilib ki, parklara ziyan vuran şəxslərin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti