Xəzər Xəbər

Əmlakların uçota alınması ilə bağlı konsepsiya hazırlanıb - VİDEO

Veb TV | 18:39 • 24 İyul 2019
Əmlakların uçota alınması ilə bağlı konsepsiya hazırlanıb -

Azərbaycanda mövcud olan bütün əmlakların uçota alınması və qeydiyyatı ilə bağlı digər ölkələrin təcrübələri öyrənilir.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yeni konsepsiya hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Komitənin sözçüsü Qulu Xəlilovun sözlərinə görə, ölkə başçısının tapşırığına əsasən bu istiqamətdə işçi qrup da yaradılıb.

Həmçinin bütün rayonlarda yerli icra hakimiyyəti, bələdiyyələr və aidiyyəti dövlət təşkilatlarının nümayəndələrindən ibarət yerli ekspert komissiyaları da yaradılıb.

Bu arada, 50 mininci elektron çıxarışın sahibi bəlli olub. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən əmlakına dair elektron qaydada çıxarış əldə edən 50 mininci vətəndaş Afət Məhərrəmovaya Əmlak Xidmətləri Məkanında elektron çıxarışı təqdim edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti