Xəzər Xəbər

Bərdə xəstəxanasına atılan uşaqlar atalarına qovuşdular - VİDEO

Veb TV | 18:43 • 24 İyul 2019
Bərdə xəstəxanasına atılan uşaqlar atalarına qovuşdular -

Bərdədə xəstəxanaya atılan uşaqlar atalarına təhvil verilib.

Xezerxeber.az-ın məlumatına görə, aparılan araşdırmalar zamanı məlum olub ki, uşaqları xəstəxanaya ana tərəfindən baba və nənəsi atıb. Uşaqların atası, Bərdənin Körpüqıran kənd sakini Sərxan Kərimov isə hadisədən xəbərsiz olub. O, hadisədən xəbər tutan kimi dərhal xəstəxanaya müraciət edərək uşaqlarını istəyib.

Rayon İcra Hakimiyyətinin nümayəndələri və hüquq-mühafizə orqanlarının iştirakı ilə sənədləşmə işləri aparıldıqdan sonra hər iki uşaq atasına təhvil verilib.

Ailənin iddialarına görə, uşaqların anası həyat yoldaşının bibisi oğlu ilə bir müddət telefonla danışıb. Sərxan Kərimov da bundan xəbər tutduğundan bir neçə dəfə aralarında mübahisə baş verib. Sonuncu mübahisə zamanı isə qadın evdən qaçıb. Uşaqlara sahib çıxmaq istəməyən nənə və baba da onları xəstəxanaya atıb.

Hazırda uşaqların səhhəti normaldır. Bərdə rayon prokurorluğundan verilən məlumata görə, Tərtərin Şıxlar kənd sakinləri Allahverdi Muradov və həyat yoldaşı Tamara Muradova barəsində valideyn himayəsindən məhrum olunmuş nəvələrini həyat və sağlamlıqları üçün təhlükəli vəziyyətdə qoyaraq getmələri faktı ilə bağlı cinayət işi başlanılıb. İstintaqın aparılması rayon polis şöbəsinə tapşırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti