Xəzər Xəbər

"Atletlər kəndi"ndə qələbəlik yaşanır - VİDEO

Veb TV | 20:23 • 24 İyul 2019
"Atletlər kəndi"ndə qələbəlik yaşanır -

Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı davam edir. "Xəzər Xəbər" yarış üçün ölkəmizə gələn xarici idmançıların yerləşdiyi "Atletlər kəndi"ndə olub.


Əməkdaşlarımız burada qonaqlara yaradılan şəraitlə tanış olublar.


Xezerxeber.az-ın məlumatına görə, "Atletlər kəndi"ndə yenə qələbəlik yaşanır.


Burada hazırda qonaqların sayı dörd mindən çoxdur. Bəzi binalarda iştirakçı ölkələrdən gələn idmançılar öz bayraqlarını asıblar.


"Atletlər kəndi"ndə Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edən yerli və əcnəbi idmançıların rahatlığı üçün hər cür şərait yaradılıb.


"Atletlər kəndi"nin meri Elçin Səfərovun sözlərinə görə, burada bir sıra yeniliklər edilib. İdmançıların yaşına uyğun olaraq hər gün axşam saatlarında müxtəlif növ əyləncəli proqramlar təşkil olunur.


Eyni zamanda "Atletlər kəndi"ndə yerli və əcnəbi idmançılar üçün xüsusi istirahət mərkəzi və tibb məntəqəsi də fəaliyyət göstərir.


Qeyd edək ki, Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 27-də yekun vurulacaq.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:





Xəbər lenti