Xəzər Xəbər

Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır - VİDEO

Veb TV | 20:10 • 23 İyul 2019
Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır -

Sabahdan ali məktəblərə imtahanda müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi başlayır. Dövlət İmtahan Mərkəzi bu prosesdə abituriyentlərə yardımçı olmaq üçün artıq Abituriyent jurnalının 4-cü sayını satışa çıxarıb.

Xezerxeber.az-ın məlumatına görə, I, II, III və IV ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, bu il dövlət sifarişli və ümumilikdə plan yerlərinin sayı əhəmiyyətli dərəcədə artıb. Bu isə daha çox abituriyentin tələbə adını qazanmaq imkanı deməkdir.

Dövlət İmtahan Mərkəzinin nümayəndəsi qeyd edib ki, I ixtisas qrupunda elə bir vəziyyət yaranıb ki, müsabiqə şərtlərini ödəyən hər kəs tələbə adını qazana bilər.

Xanlar Xanlarzadə onu da əlavə edib ki, II və III ixtisas qrupları üzrə imtahan verənlərin sayı, müsabiqə vəziyyəti ilə bağlı aydın məlumat vermək üçün tələb edilən kitabçalar bu həftəsonu hazır edilərək satışa çıxarılacaq. Abituriyentlər bu kitabçalardan istifadə edərək daha müfəssəl və aydın seçim apara bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti