Xəzər Xəbər

Təhsil müəssisələrində antinarkomaniya mövzusu tədris ediləcək - VİDEO

Veb TV | 20:55 • 23 İyul 2019
Təhsil müəssisələrində antinarkomaniya mövzusu tədris ediləcək -

Ali, orta ixtisas və peşə təhsili müəssisələrində antinarkomaniya mövzusu tədris ediləcək. Bu, Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla təsdiqlənən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nda əksini tapıb.

Xezerxeber.az-ın məlumatına görə, sənədə əsasən, mütəmadi olaraq ali, orta ixtisas və peşə təhsili müəssisələrinin, ixtisasartırma və yenidən hazırlanma institutlarının tədris-təlim proqramlarına antinarkomaniya mövzusunun daxil edilməli və tələbələr üçün ictimai mühazirə və seminarların keçirilməsi təmin edilməlidir.

Bundan başqa, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə "Qaynar xətt" yaradılacaq. Əsas məqsədlərdən biri narkotik vasitələrin və narkomanlığa qarşı mübarizənin effektivliyini artırmaqdır. Bununla yanaşı, narkomaniyadan əziyyət çəkən insanlar da "Qaynar xətt"ə müraciət edə biləcəklər.

Həmçinin narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə dair şəxsi həyat sirri olmayan məlumatların məcmusunu yaratmaq məqsədilə narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadəyə dair milli informasiya mərkəzi də yaradılacaq. Eyni zamanda reablitasiya mərkəzləri də təşkil olunacaq.

Ekspert Leyla Yolçuyevanın sözlərinə görə, tədbirlər planına əsasən, ölkə ərazisində narkotik tərkibli yabanı bitkilərin inkişafını, yetişməsini və vegetasiyasını əks etdirən geobotaniki xəritələr də hazırlanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti