Xəzər Xəbər

Bərdədə iki uşaq xəstəxanaya atılıb - VİDEO

Veb TV | 18:59 • 23 İyul 2019
Bərdədə iki uşaq xəstəxanaya atılıb -

Bərdədə iki azyaşlı uşaq xəstəxanaya atılıb. Onların hər ikisi azyaşlı oğlandır.

Xezerxeber.az-ın məlumatına görə, həkimlər uşaqları palataya yerləşdiriblər. Adının Soltan olduğunu deyən qardaşlardan böyüyü bildirib ki, onları xəstəxanaya nənəsi ilə babası gətirib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəstəxanaya atılan azyaşlı uşaqların valideyni tapılıb.

Nazirliyin Mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, dünən axşam saatlarında yaşlı kişi və qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına iki azyaşlı uşaq gətiriblər: "Onlar növbətçi həkimə deyiblər ki, guya uşaqları tapıblar və yazıqları gəldiyinə görə xəstəxanaya gətiriblər. Həkim də bildirib ki, məsələni rəhbərliyə məruzə etməlidir. Növbətçi həkim baş həkimin yanından qayıdanda görüb ki, həmin şəxslər uşaqları xəstəxanada ataraq gediblər".

Məsələ ilə bağlı araşdırma aparılıb və uşaqları xəstəxanaya gətirən yaşlı kişi və qadının onların ana babası və nənəsi olduğu məlum olub.

"Müəyyən edilib ki, ailədə münaqişə olub. Onlar da nəvələrini xəstəxanaya gətirərək növbətçi həkimə azyaşlıları tapdıqlarını deyiblər. Uşaqlar üçün ayrıca palata ayrılaraq müayinə ediliblər və səhhətlərində hər şey qaydasındadır. Araşdırmalar nəticəsində uşaqların atası tapılıb. Ata deyib ki, uşaqlarıma sahib çıxacaq. Hazırda sənədləşmə işləri gedir və çox güman ki, onlar atalarına təhvil veriləcək",-deyə nazirlik rəsmisi qeyd edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti