Xəzər Xəbər

Lənkəranda inək oğurlanıb - Bu, son 6 ayda dördüncü oğurluqdur - VİDEO

Veb TV | 20:39 • 22 İyul 2019
Lənkəranda inək oğurlanıb -

Lənkəranda yoxa çıxan inək tapılandan 2 gün sonra yenidən oğurlanıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Lənkəranın Şilim kəndində baş verib.

Bir müddət əvvəl kənd sakini Bəylər İsmayılova məxsus 1500 manat dəyəri olan inək otlaq sahəsindən yoxa çıxıb. Heyvan 2 gün sonra kəndin kənarındakı yarımçıq tikilidən tapılıb. Lakin ondan 2 gün sonra yenidən örüş yerindən oğurlanıb.

Təsərrüfat sahiblərinin sözlərinə görə, bu, son 6 ay ərzində baş vermiş dördüncü oğurluq hadisəsidir. Ayrı-ayrı vaxtlarda tövləsindən və otlaqdan ümumilikdə 4 baş qoyun və 1 baş inək oğurlanıb. Zərərçəkənlər bu hadisələrin hansısa bir ədavətdən irəli gəldiyini düşünürlər.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti