Xəzər Xəbər

Ermənilər Ağdamda dinc əhalini atəşə tutub - VİDEO

Veb TV | 19:28 • 19 İyul 2019
Ermənilər Ağdamda dinc əhalini atəşə tutub -

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə atəşkəs rejimini kobudcasına pozaraq dinc əhaliyə atəş açıb.

Xezerxeber.az-ın məlumatına görə, işğalçı ordunun bölmələri dünən axşam və bu gün səhər saatlarında Ağdam rayonunun Çıraqlı kəndini atəşə tutub.

Müxtəlif silahlardan açılan atəş nəticəsində mərmilər fərdi yaşayış evlərinə, ağac və divarlara dəyib. Xoşbəxtlikdən xəsarət alan yoxdur.

Kənd sakinləri əllərində qalan torpaqlarını da becərməkdə çətinlik çəkirlər. Kəndin ərazisini açıq -aydın müşahidə edən erməni hərbçilər dinc əhalini görən kimi atəşə tutur. Təsərrufat sahibləri dəfələrlə ermənilərin hədəfinə çevrilib. Bu səbəbdən də onlar əkin işlərini adətən gecə aparırlar.

Bu arada, Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti