Xəzər Xəbər

Qarğıdalı qaynadıb satmaqla çörək pulu qazananlar... - VİDEO

Veb TV | 19:15 • 19 İyul 2019
Qarğıdalı qaynadıb satmaqla çörək pulu qazananlar... -

Qazanın altına od qalanıb, içində tər qarğıdalılar bişir... Bişmiş qaynar qarğıdalılar yoldan keçənlərə təklif olunur.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Bakı-Qazax avtomagistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsindən gedir.

Yolboyu yerləşən kənd və qəsəbələrin sakinləri gündəlik qazanclarını bu yolla əldə edirlər.

Hər gün səhər saat 8:00-dan işə başlayan bu insanlar gün ərzində adətən 70-80 ədəd qarğıdalı sata bilirlər.

Onlar satdıqları məhsulun bir çox xəstəliklərin dərmanı olduğunu, xüsusilə də qaynadılmış qarğıdalı suyunun böyrək xəstəliklərinə dərman olduğunu deyirlər.

Onların əsas müştəriləri rayonlara istirahətə üz tutan yerli və xarici turistlərdir. Qaynar qazandan qalxan xoş qarğıdalı qoxusu turistləri 5-10 dəqiqə ayaq saxlamağa və bu məhsuldan dadmağa vadar edir...

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti