Xəzər Xəbər

Bərdədəki su dəyirmanına maraq artıb - Bakıdan da sifarişlər var - VİDEO

Veb TV | 20:18 • 19 İyul 2019
Bərdədəki su dəyirmanına maraq artıb -

Bərdədəki su dəyirmanının ununa tələbat artıb.

Xezerxeber.az-ın məlumatına görə, dəyirmana dən üyütmək üçün müxtəlif bölgələrdən üz tutatnlar var.

Dəyirmaçının sözlərinə görə, ayrı-ayrı şəhər və rayonlarla bərabər, paytaxt Bakıdan da sifarişlər alırlar.

Rayonun Kələntərli kənd sakini İsmayıl Əliyevin sözlərinə görə, su dəyirmanını 1990-cı ilin əvvəllərində - elektrikin fasilələrlə verildiyi, əhalinin una ehtiyacı olduğu bir dövrdə yaradıb.

Dəyirman enerji sərfiyyatı olmadan, sadəcə su ilə işləyir.

Burada suyun gurluğundan asılı olaraq sutkada 250-300 kiloqram dən üyüdülür. Hazırda təbii, kəpəkli qara una tələbat çoxdur. Buna səbəb isə bu undan bişirilən çörəyin daha dadlı və ətirli olmasıdır.

Qeyd edək ki, dəyirmanda həm əhali tərəfindən gətirilən buğda üyüdülür, həm də un satışı həyata keçilirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar