Xəzər Xəbər

Bulvarda ilanlar peyda olub - VİDEO

Veb TV | 19:21 • 19 İyul 2019
Bulvarda ilanlar peyda olub -

Bakının dənizkənarı bulvarında ilanlar peyda olub. Bunu əks etdirən görüntü sosial şəbəkələrdə paylaşılıb.

Xezerxeber.az-ın məlumatına görə, ilanı tutan şəxs onun ''Gürzə'' olduğunu bildirib.

Həmin şəxs bu halın, xüsusilə uşaqlar üçün təhlükəli olduğunu deyib. Ötən gündən yayılan görüntü izləyənləri qorxuya salır.

Zoologiya İnstitutu bulvarda ilanların peyda olması ilə bağlı məlumatlara münasibət bildirib. Qurumdan verilən açıqlamaya görə, adətən bu ərazilərdə su ilanları olur və onların olması da normal haldır.

Məsələ ilə bağlı ''Xəzər Xəbər'' ə açıqlama verən Bakı Bulvar İdarəsinin Mətbuatı xidmətinin rəhbəri Günay Yelmarqızı bildirib ki, sözügedən halla bağlı nə vətəndaşlar, nə də nəzarətçilər tərəfindən müraciət edilib. İdarənin Səhiyyə Nazirliyi ilə müqaviləsi var. Mütəmadi olaraq ziyanverici həşəratlara və ilanlara qarşı dərmanlama aparılır. Axırıncı dəfə bu proses iyun ayında icra edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti