Xəzər Xəbər

Tovuzda içərisində insan qalıqları olan mağaralar aşkarlanıb - VİDEO

Veb TV | 19:24 • 19 İyul 2019
Tovuzda içərisində insan qalıqları olan mağaralar aşkarlanıb -

Tovuzda meşəlik ərazidə insan qalıqları tapılıb.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Tovuz rayonunun Çataq inzibati ərazi dairəsinə tabe olan Hacılar kəndi ərazisindəki kəndətrafı meşədən gedir.

Burada bir-birindən fərqli və olduqca yaxın məsafədə olan mağaralar da mövcuddur. Bu sümüklər də məhz həmin mağaranın içərisindən və ətraf ərazilərdən tapılıb.

Kənd sakinləri bildirilər ki, bu ərazilərdə tez-tez gəzintiyə çıxsalar da sümüklərlə ilk dəfə qaşrılaşıblar. Onların sözlərinə görə, insan qalıqları güclü yağışdan sonra torpaq üzünə çıxıb.

Mağaraların girişi olduqca təhlükəlidir. İçərisinin dərinliyi isə təxminən iki metrdən çoxdur. Mağaraların içərisində bütov skletlər də var.

Tapılan sümüklərin qaçaqlara da aid olduğu ehtimal edilir. Bu meşədə bu cür mağaraların sayı çoxdur. Sakinlər burada tədqiqat işlərinin aparılmasını məqsədəuyğun hesab edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti