Xəzər Xəbər

Bu kafedə müştərilərə yalnız daun və autizm sindromlu uşaqlar xidmət göstərirlər - VİDEO

Veb TV | 20:43 • 18 İyul 2019
Bu kafedə müştərilərə yalnız daun və autizm sindromlu uşaqlar xidmət göstərirlər -

İstanubulun mərkəzindəki kafelərin birində müştərilərə yalnız daun və autizm sindromlu uşaqlar xidmət göstərirlər. İllər öncə qızının əqli qüsurlu olaraq dünyaya gəldiyini öyrənən ata Sahuran Singen qızı başda olmaqla 28 ana ilə bərabər əqli qüsurlu və daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyasını təmin edəcək bir dərnək və kafe yaradıb.

Xezerxeber.az-ın məlumatına görə, yüzlərlə uşağa həm iş imkanı, həm də yeni bir həyat bəxş edən kafe artıq 9 ildir ki, fəaliyyət göstərir. Hazırda "Daun kafe"də 36 uşaq işləyir.

"Daun kafe"də iş təcrübəsi qazanıb, insanlarla ünsiyyət yarada bilən uşaqlar bir müddət sonra başqa yerlərdə işlə təmin olunur. Onların yerinə cəmiyyətə qazandırılmaq üçün yeni uşaqlar işə qəbul edilir.

Elə uşaqlar qədər onların valideyinləri də özlərini burada xoşbəxt hiss etdiklərini deyirlər.

Daun sindromlu uşaqların çalışdığı bu kafenin müştəriləri gündən-günə artır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti