Xəzər Xəbər

Cəlilabadda mal-qaraya qənim kəsilən dəstə saxlanılıb - VİDEO

Veb TV | 18:43 • 18 İyul 2019
Cəlilabadda mal-qaraya qənim kəsilən dəstə saxlanılıb -

Cəlilabadda mal-qaraya qənim kəsilən dəstə saxlanılıb. Onlar rayon ərazisində gözdən uzaq ərazilərdəki mal-qaranı oğurlayıb satırmışlar.

Xezerxeber.az-ın məlumatına görə, polisin keçirdiyi əməliyyatla oğurluğu törətməkdə şübhəli bilinən Yardımlı və Cəlilabad rayon sakinləri saxlanılıb.

Digər saxlanılan şəxs isə Abbasov Səbuhi Tərlan oğludur. Araşdırma zamanı müəyyən edilib ki, onlar oğurladıqları heyvanları elə Mahmudçalada yerləşən bir fermaya toplayıb, Bakıdakı ət kombinatlarına göndərirmişlər.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti