Xəzər Xəbər

Tovuzda üzüm yığımına başlanılıb - VİDEO

Veb TV | 18:46 • 17 İyul 2019
Tovuzda üzüm yığımına başlanılıb -

Yayda yetişən üzüm sortlarının yığımına başlanılıb. Tovuzlu fermerlər bu il daha çox süfrə üzümü sortlarına üstünlük veriblər.

Xezerxeber.az-ın məlumatına görə, yerli bazarlarda tələbatı ödəyən təsərrüfat sahibləri bu il süfrə üzümlərini Rusiya bazarlarına da çıxarırlar. Ötən ilə nisbətən ixrac bu il iki dəfəyədək artıb.

Yerli bazarlarda üzümün bir kiloqramı 70-80 qəpiyə satılır. Xarici bazarda isə bu göstərici 90 qəpik-1 manat arasında dəyişir.

Sahələrdən yığılan məhsulun bir hissəsi satışa çıxarılır, qalan hissəsi isə qışda əlverişli qiymətə satmaq üçün soyuducu kameralara vurulur. Ümumilikdə, rayonda 600 hektar üzüm bağı var.

Bunun 450 hektarı bar verən bağlardır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti