Xəzər Xəbər

Bərdə və Kürdəmir rayonlarında ağır qəzalar baş verib - VİDEO

Veb TV | 18:47 • 17 İyul 2019
Bərdə və Kürdəmir rayonlarında ağır qəzalar baş verib -

Bərdədə yol kənarında dayanan iki qadının vurulması ilə nəticələnən yol qəzası baş verib.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Səməd Vurğun küçəsində minik avtomobili yol kənarında dayanan rayon sakinləri, 69 yaşlı Xəyalə Yaşar qızı Muxtarovanı və 61 yaşlı Zemfira Yaqub qızı Həşimovanı vurub.

Dərhal hər iki yaralı rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Rayon xəstəxanasından verilən məlumata görə, hər iki yaralının vəziyyəti orta ağırdır.

Kürdəmirdə də avtoqəza baş verib. Yük maşını yanacaq daşıyan maşınla toqquşub. Hadisə Bakı-Qazax magistral yolunun 177-ci kilometrliyində - Kürdəmirin Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb.

69 yaşlı Kürdəmir sakini Əvəz Nəsibov idarə etdiyi mişar daşı yüklü avtomobil ilə hərəkətdə olarkən, onun maşınına arxadan gələn, 25 yaşlı Abşeron rayon sakini Azər Həbibovun idarə etdiyi yanacaqla dolu yük maşınına çırpılıb. Qəza nəticəsində yük maşını aşıb, mişar daşları yola tökülüb, yanacaq maşınının kabin hissəsi yararsız hala düşüb.

Qəza zamanı mişar daşı aparan avtomobilin sürücüsü ağır bədən xəsarəti alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti