Xəzər Xəbər

Kürdəmirdə yük maşını yanacaq daşıyan maşınla toqquşub - VİDEO

Veb TV | 12:54 • 17 İyul 2019
Kürdəmirdə yük maşını yanacaq daşıyan maşınla toqquşub -

Kürdəmirdə yük maşını yanacaq daşıyan maşınla toqquşub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun 177-ci kilometrliyində - Kürdəmirin Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb.

69 yaşli Kürdəmir sakini Əvəz Nəsibov idarə etdiyi mişar daşı yüklü avtomobil ilə hərəkətdə olarkən, onun maşınına arxadan gələn, 25 yaşli Abşeron rayon sakini Azər Həbibovun idarə etdiyi yanacaqla dolu yük maşını çırpılıb. Qəza nəticəsində yük maşını aşıb, mişar daşları yola tökülüb, yanacaq maşınında kabin hissəsi yararsız hala düşüb. Qəza zamanı mişar daşı aparan avtomobilin sürücüsü ağır bədən xəsarəti alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti