Xəzər Xəbər

Ağstafada qəza - 1 ölü, 2 yaralı var - VİDEO

Veb TV | 13:08 • 16 İyul 2019
Ağstafada qəza -

Ağstafada ölümlə nəticələnən yol qəzası baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Yuxarı Göycəli kəndi ərazisində qeydə alınıb. Sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil yol kənarındakı dərəyə aşıb. Qəza nəticəsində Qazax rayon İkinci Şıxlı kənd sakini 28 yaşlı İsmət Hacıyev dünyasını dəyişib. Onun həmyerliləri - 28 yaşlı Nicat Şamxalov və 25 yaşlı Fuad Məmmədov isə müxtəlif bədən xəsarətləri ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.




Xəbər lenti