Xəzər Xəbər

Şir ac balalarına görə filə hücum etdi - VİDEO

Veb TV | 09:30 • 16 İyul 2019
Şir ac balalarına görə filə hücum etdi -

Dişi şir ac balalarına görə filə hücum edib.

"Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, iki vəhşi heyvanın mübarizəsi Cənubi Afrikadakı Krüqer Milli parkında qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, balaları ilə vaxt keçirən dişi şir qəfl aktiv hərəkət etməyə və onlarla bərabər kolluqların arasından keçməyə başlayıb. Bir dəqiqədən sonra filin qışqırığı eşidilib.

Kadrlardan göründüyü kimi, caynaqları ilə filin üzündən yapışan şir onunla bir xeyli mübarizə aparıb. Fili yerə yıxmaq istəyən şir istəyinə çata bilməyib.

Xəbər lenti