Xəzər Xəbər

Aliment ödəməyən 1020 nəfər həbs edilib - VİDEO

Veb TV | 19:52 • 12 İyul 2019
Aliment ödəməyən 1020 nəfər həbs edilib -

Bu ilin altı ayı ərzində aliment borcunu ödəməyən 1020 nəfər inzibati qaydada həbs edilib.

Ədliyyə Nazirliyinin məlumatına görə, ilin ilk 6 ayı ərzində 3 min 198 şəxs barəsində alimentin tutulması ilə bağlı axtarış qərarı qəbul edilib.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə isə, ötən ilin dekabr ayının 31-dək baxılan mülki məhkəmələrin sayı 184 min 47 olub ki, onun da 871-i alimentin alınması tələbi ilə bağlı olub. Bu ilin ilk dörd ayı ərzində əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,6 , boşanmaların sayı isə 1,7 olub.

Xezerxeber.az-ın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib ki, son vaxtlar alimentin ödənilməməsi ilə bağlı təmsil etdiyi quruma müraciətlərin sayı artıb. Araşdırma zamanı məlum olur ki, bəzi valideyinlər qəsdən alimenti ödəməmək üçün yaşadıqları ünvanı gizlətməyə çalışırlar. Ancaq həmin şəxslər tapılaraq məsuliyyətə cəlb olunur.

Taliyə İbrahimovanın sözlərinə görə, barələrində həbs tədbiri keçirilən şəxslər sonradan alimenti ödəməyə daha məsuliyyətli olurlar.

Qeyd edək ki, qeydiyyat şöbələrində bu ilin dörd ayı ərzində ölkədə 18 min 273 nikah və 5 min 562 boşanma halı qeydə alınıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti