Xəzər Xəbər

Satışa çıxarılan mənzillərin daha 253-ü seçildi - VİDEO

Veb TV | 19:39 • 12 İyul 2019
Satışa çıxarılan mənzillərin daha 253-ü seçildi -

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksinin 6-9 saylı binaları üzrə 10 mənzil, həmçinin 10, 11, 12 və 13 saylı binalarında yerləşən 243 mənzilin, ümumilikdə 253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesinə 12.07.2019-cu il tarixində saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə başa çatdırılıb.

Xezerxeber.az-ın məlumatına görə, satışa çıxarılan 253 mənzilin seçimi "Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. "Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 11518 nəfərdir.

Bugünkü satış zamanı 253 mənzilin seçimində iştirak edənlərin sayı 1906 nəfər olub. Seçilmiş 253 mənzilin 245-i vətəndaşlar tərəfindən imzalanaraq ərizələri təqdim edilib.

Gözləmə qaydasında mənzillərin seçimi isə 14 iyul 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 17 iyul 2019-cu il tarixi saat 00:00-dək davam edəcəkdir.

Qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər.

Bunun üçün, istifadəçi müəyyən edilmiş müddət ərzində "Güzəştli mənzil” sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş üsulu (elana uyğun olaraq öz vəsaiti hesabına), mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır. Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və "Təsdiq et” düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər. Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti