Xəzər Xəbər

Soğan və pomidorun qiyməti ucuzlaşacaq - AÇIQLAMA - VİDEO

Veb TV | 19:35 • 11 İyul 2019
Soğan və pomidorun qiyməti ucuzlaşacaq -

Soğanın ilk yığımı vaxtlarında havaların isti keçməsi sahələrdə iş saatının azalmasına gətirib çıxarıb. Bu da öz növbəsində soğanın qiymətinin artmasına təsir edib.

Xezerxeber.az-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi son vaxtlar soğan və pomidorun qiymətinin qalxmasına münasibət bildirilib.

Nazirliyin sözçüsü Vüqar Hüseynov deyib ki, bu səbəblərdən əlavə, əlverişsiz hava şəraiti də sahələrdə xeyli məhsulun zay olmasına səbəb olub. Bazarda təklifin azalması isə qiymətlərin artmasına gətirib çıxarıb.

Ancaq hazırda sahələrdə kütləvi yığıma başlanılıb. Bu da qiymətə təsir göstərəcək.

Eyni zamanda pomidorun qiymətində də bahalaşma olub. Nazirliyin sözçüsü bunu ştillərin köçürülməsi zamanı yaranan qeyri-sabit hava şəraiti ilə əlaqələndirib.

Nazirliyin rəsmisi onu da bildirib ki, yığılan məhsullar xaricə ixrac olunsa da, ölkə daxilində də tələbatı ödəyir. Ona görə xaricə məhsul göndərilməsi qiymətlərin artımına səbəb ola bilməz.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti