Xəzər Xəbər

Dünyanın güc mərkəzləri görüş üçün yenə Bakını seçdilər - VİDEO

Veb TV | 20:07 • 10 İyul 2019
Dünyanın güc mərkəzləri görüş üçün yenə Bakını seçdilər -

NATO ilə Rusiya arasında danışıqlar aparmaq üçün məkan kimi yenə də Azərbaycan seçilıb.

Xezerxeber.az-ın məlumatına görə, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və

NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığının rəhbəri Tod Uolters görüş üçün Bakıya gəliblər.

Siyasi ekspertlər hesab edir ki, Bakının növbəti dəfə belə bir önəmli görüş üçün seçilməsi heç də təsadüfi deyil. Azərbaycanın NATO-nun və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmaması, o cümlədən ölkə başçısının şəxsi nüfuzu dünyanın güc mərkəzlərinin hərbi rəhbərlərini Bakıya gətirib.

Millət vəkili Rasim Musabəyovun sözlərinə görə, qlobal əhəmiyyətli görüşlərin Bakıda baş tutması ölkəmiz üçün də önəmlidir. Bu tipli görüşlərlə Azərbaycan şərq və qərb arasında körpü rolunu oynayır, siyasi arenada sabitliyin təminedicisi kimi xarakterizə olunur.

Qeyd edək ki, ötən ilin dekabr ayında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə də Bakıda görüşmüşdü. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti