Xəzər Xəbər

Şəkiyə turist axını olacaq - Turizm şirkətləri xüsusi təkliflər hazırlayıblar - VİDEO

Veb TV | 20:32 • 9 İyul 2019
Şəkiyə turist axını olacaq -

Şəkinin Xan Sarayı ilə birgə şəhərin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Şəkiyə turist axınını artıracaq. Artıq turizm şirkətləri şəkiyə artan marağı nəzərə alaraq xüsusi təkliflər hazırlayıblar.

Xezerxeber.az-ın məlumatına görə, bəzi yerli turizm şirkətləri xarici turşirkətlərlə danışıqlara başlayıb və təkliflərini onlara göndəriblər. Əsasən 3-5-7 və 10 günlük olan Şəki turlarında turistlər mədəni-tarixi məkanlara səyahət edəcəklər.

Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, turistlərin əksəriyyəti tarixi məkanlara səyahət etməyi sevirlər. Buna görə də turistlər gedəcəkləri mədəni-tarixi məkanların UNESCO-nun Ümumdünya İrs Siyahısında olub-olmaması ilə maraqlanırlar.

Xatırladaq ki, 2000-ci ildə "İçəri şəhər memarlıq kompleksi", 2007-ci ildə isə "Qobustan dövlət tarixi-bədii qoruğu" UNESKO-nun Dünya İrs Siyahısına salınıb. Eyni zamanda, ölkəmizin qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar