Xəzər Xəbər

Bakı yollarına yenidən “Sarı zolaq” çəkilir - VİDEO

Veb TV | 20:14 • 9 İyul 2019
Bakı yollarına yenidən “Sarı zolaq” çəkilir -

Bakıda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən edilən marşrut üzrə əsas yol şəbəkəsində "Sarı zolaq” çəkilir. Məqsəd idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında çatmasını təmin etməkdir.

Xezerxeber.az-ın məlumatına görə, qaydalara əməl etməyən sürücülər yol polisi tərəfindən cərimə ediləcək. Sarı zolağa icazəsiz daxil olan sürücüləri 40 manat cərimə gözləyir. Cərimə protokollarının hansı tarixdən etibarən yazılacağı yol polisi tərəfindən ictmaiyyətə açıqlanacaq..

Hərəkətə mane olmamaq məqsədilə zolağın çəkilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agenltiyi tərəfindən gecə saatlarında icra edilir.

Qeyd edək ki, XV Avropa Yay Olimpiya Gənclər Festivalında iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti