Xəzər Xəbər

Tarixi abidənin dağıdılmasına görə araşdırma başladı - VİDEO

Veb TV | 20:17 • 9 İyul 2019
Tarixi abidənin dağıdılmasına görə araşdırma başladı -

Qafqazın ən böyük arxeoloji qazıntı sahəsinin dağıdılması ilə bağlı araşdırmaya başlanılııb. Hazırda tarixi abidəni dağıdan şəxs və ya şəxslərin axtarışları aparılır.

Xezerxeber.az-ın məlumatına görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mətbuat katibi Fariz Hüseynov deyib ki, həmin abidə dövlət tərəfindən mühafizə olunan daşınmaz tarixi mədəniyyət abidələri siyahısında qeydiyyata alınmayıb.

Fariz Hüseynov bildirib ki, abidə qeydiyyata alınmadığından həmin ərazi diqqətdən kənarda qalıb, ona yerli mühafizəçilər tərəfindən nəzarət olunmayıb.

Qeyd edək ki, 2012-ci ildə Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları Ağstafa rayonunda tapdıqları neolit dövrünə aid qədim yaşayış sahəsi bu günlərdə kimliyi bilinməyən şəxslər tərəfindən dağıdılaraq məhv edilib. Bu qədim yaşayış sahəsinin 8 min il yaşının olduğu güman edilir. Bu isə o deməkdir ki, bura bütövlükdə Qafqazda ən qədim yaşayış sahəsidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti